Bank Of Baku

Həyat yoldaşına ağır xəsarət yetirən Qusar sakini intihar edib

Həyat yoldaşına ağır xəsarət yetirən Qusar sakini intihar edib
# 22 sentyabr 2008 10:42 (UTC +04:00)
Qusar-APA. Ötən gecə Qusar rayonunun Acaran kəndində intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, 61 yaşlı Alayəddin Amaxanov əvvəlcə həyat yoldaşı 51 yaşlı Hafizə Amaxanovanı öldürməyə cəhd edib. Həyat yoldaşının döş qəfəsinə bir neçə bıçaq zərbəsi vurandan sonra onu ölmüş zənn edən A. Amaxanov həyətdə kəndirlə özünü asıb. Hadisə yerinə gələn qonşular Hafizə Amaxanovanı ağır yaralı vəziyyətdə Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Yaralı xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib və həkimlər onun vəziyyətinin nisbətən yaxşılaşdığını bildiriblər. Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi başlanıb. İlkin araşdırmaya görə hadisə ailə münaqişəsi zəminində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR