Bank Of Baku

Bakıda dələduzluqda təqsirləndirilən makler həbs edilib

Bakıda dələduzluqda təqsirləndirilən makler həbs edilib
# 22 sentyabr 2008 10:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında dələduzluqla məşğul olan makler həbs edilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü Həzrətəli Əhliman oğlu Xəlilov saxlanılıb. Onun torpaq alqı-satqısı adı ilə sakinlərdən küllü miqdarda pul mənimsəməsi məlum olub. Polis İdarəsindən bildirilib ki, adı çəkilən şəxs bir dəfədə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə məhkum olunub. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb və araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR