Bank Of Baku

Laçın Polis Şöbəsinin əməkdaşları silah-sursat aşkarlayıblar

Laçın Polis Şöbəsinin əməkdaşları silah-sursat aşkarlayıblar
# 22 sentyabr 2008 11:07 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu - APA. Laçın Rayon Polis Şöbəsinin əməkdaşları xeyli sayda qanunsuz silah-sursat aşkarlayıblar. Şöbənin rəisi Məhəmməd Kərimov APA-nın Qarabağ bürosuna bildirib ki, silahların bir qismi əhali arasında aparılan maarifləndirmə işi əsasında vətəndaşlar tərəfindən könüllü təhvil verilib. Bir qismi isə müxtəlif ərazilərdən tapılıb. Ümumilikdə 3 ədəd AK-74, 2 ədəd AKM markalı avtomat silahlar, 1 ədəd “Karabin”, 5 ədəd TOZ-8 tüfəngi, bir ədəd kustar üsulla düzəldilmiş silah, 8 ədəd F-1 əl qumbarası, 727 ədəd müxtəlif çaplı döyüş patronu, 2 ədəd süngü, 22 ədəd avtomat sandıqçası aşkarlanaraq götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR