Bank Of Baku

Ağır cinayətdə təqsirləndirilən müəllim məhkəmədə günahsız olduğunu bildirib

Ağır cinayətdə təqsirləndirilən müəllim məhkəmədə günahsız olduğunu bildirib
# 22 sentyabr 2008 12:12 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə qayınatasını və qaynını qətlə yetirməkdə təqsirli bilinən Zaur Həziyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Təqsirləndirilən şəxsin vəkili Osman Kazımov APA-ya bildirib ki, prosesdə çıxış edən Zaur Həziyev ittiham aktı ilə razılaşmayaraq günahsız olduğunu bildirib. Daha sonra prosesdə şahid ifadələri dinlənilib.
Qeyd edək ki, Füzuli rayonunda tarix müəllimi işləyən Z. Həziyev ötən ilin avqustunda ailə münaqişəsi zəmnində qaynatası Cavanşir Zeynalovu və qaynı Fədai Zeynalovu xüsusi amansızlıqla qətlə yetirməkdə və daha beş nəfər qohumunu isə ağır yaralamaqda təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29.120.2-ci (qəsdən adam öldürməyə cəhd), 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə), 133. 1-ci (işgəncə vermə), 134.1-ci (öldürməklə və ya ağır xəsarət yetirmə ilə hədələmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 315. 1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə cinayət işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR