Bank Of Baku

Lənkəran sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Lənkəran sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
# 22 sentyabr 2008 13:26 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün günorta saatlarında Lənkəran şəhərində yerləşən “Cənub” şadlıq sarayında bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, şadlıq sarayında təmir işləri aparan 1982-ci il təvəllüdlü Kərgəlan kənd sakini Emin İxtiyar Oğlu Əliyev ehtiyatsızlıq edərək dəmir nərdivanı yüksək gərginlikli elektrik xətinə toxundurub. Nəticədə E. Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR