Bank Of Baku

Həmyerlisini bıçaqlayan Zaqatala sakini 9 il azadlıqdan məhrum edilib

Həmyerlisini bıçaqlayan Zaqatala sakini 9 il azadlıqdan məhrum edilib
# 22 sentyabr 2008 14:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Qız üstündə həmyerlisini bıçaqlayan Zaqatala sakini Harud Bulacov 9 il azadlıqdan məhrum edilib. Bu barədə APA-ya H. Bulacovun ailəsi məlumat verib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesə hakim Əlisultan Osmanov sədrlik edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəsə də, hakimin qərarı ilə H. Bulacova 9 il həbs cəzası verilib.

Qeyd edək ki, Zaqatalanın Mosul kənd sakini H. Bulacov bu ilin may ayında Əliabad qəsəbə sakini Turac Ramazanovu qız üstündə bıçaqlayıb. Təqsirləndirilən şəxsin etirazına əsasən cinayət işi Zaqatala Məhkəməsindən alınaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR