Bank Of Baku

Gəncədə insan alveri ilə mübarizə mövzusunda seminar keçirilib

Gəncədə insan alveri ilə mübarizə mövzusunda seminar keçirilib
# 22 sentyabr 2008 14:54 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı–APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin təşəbbüsü ilə Gəncə şəhərində insan alveri ilə mübarizə mövzusuna həsr olunan seminar keçirilib. İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Rauf Məcidov APA –nın qərb bürosuna bildirib ki, Azərbaycanda insan alveri ilə mübarizə sahəsində son illər əhəmiyyətli irəliləyişlər müşahidə olunsa da, insan alveri qurbanların sayı ilbəil artır: “2005 –ci ildə 160 nəfər insan alverinin qurbanı var idisə, bu ilin 8 ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 289 fakt aşkarlanıb, 235 cinayət isə açılıb və 266 nəfər təqsirli bilinib".
“Hüquq Dünyası” İctimai Birliyinin sədri Nazir Quliyev isə bildirib ki, iri şəhərlərdə - Bakıda Gəncədə və Sumqayıtda insan alverinin qurbanları daha çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR