Bank Of Baku

Türyançay Dövlət Təbiət Qoruğu ərazisində yanğın baş verib

Türyançay Dövlət Təbiət Qoruğu ərazisində yanğın baş verib
# 23 sentyabr 2008 07:29 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov-APA. Sentyabrın 22-də saat 18.25 radələrində Türyançay Dövlət Təbiət Qoruğunun Ağdaş rayonu ərazisində yerləşən hissəsində yanğın baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, qoruqda, yüksək dağlıq ərazidə yerləşən 18-ci əsr tarixi memarlıq abidəsi olan Surxay Qalasında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin Ağdaş və Göyçay Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları hadisə yerinə gəliblər. Havanın qaranlıq olması, keçilməz yollar yanğının tez söndürülməsinə imkan verməyib. Yanğın saat 23-də söndürülüb. Məlumata görə, yanğın nəticəsində qoruğun 0, 5 hektar ərazisi – ağaclar, kollar yanıb. 5 min hektar qoruq ərazisi yanğından mühafizə olunub. Yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR