Bank Of Baku

Gəncədə Şəhər Günü qeyd olunur

Gəncədə Şəhər Günü qeyd olunur
# 23 sentyabr 2008 08:35 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Bu gün Gəncədə Şəhər Günü qeyd olunur. APA-nın yerli bürosunun xəbərinə görə, Gəncənin 2502-ci illiyi münasibəti ilə keçirilən bayram tədbirlərində Rusiya, Ukrayna, Belarus və Türkiyənin Azərbaycandakı səfirləri, Dərbənd şəhər meri, ətraf rayonların icra başçıları da iştirak edir. Şəhər Günü ilə bağlı Heydər Əliyevin abidəsi, Cavad xanın məqbərəsi ziyarət olunub. Gəncə şəhər darvazalarının önündə keçirilən tədbirdə Azərbaycanın milli adət-ənənələri nümayiş etdirilib. Şəhər Günü Gəncə şəhər embleminin qarşısında davam etdiriləcək. Daha sonra Heydər Əliyev meydanında teatrlaşdırılmış keçid, hərbi parad olacaq. Axşam isə Nizami məqbərəsi önündə Nizami poeziya günləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR