Bank Of Baku

“Amnesty İnternational” İranda həbs edilən azərbaycanlıların sərbəst buraxılması ilə bağlı bəyanat verib

“Amnesty İnternational”  İranda həbs edilən azərbaycanlıların sərbəst buraxılması ilə bağlı bəyanat verib
# 23 sentyabr 2008 13:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Amnesty International” təşkilatı İranda sentyabrın 10-da və daha əvvəlcə həbs edilən azərbaycanlı hüquq-müdafiəçilərinin, jurnalistlərin, yazıçı və şairlərin sərbəst buraxılması ilə bağlı bəyanat verib. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, bəyanatda İran xüsusi xidmət orqanları tərəfindən həbs olunan azərbaycanlıların sərbəst buraxılması tələb edilib: “Jurnalist Əlirza Sərrafi, yazıçılar Əkbər Azad, Həsən Rəşidi, şair-jurnalist Səid Muğanlı, insan haqları müdafiəçisi Həsən Rəhimi Bayat, müəllimlər Hüseyn Heydəri, Abbas Nəimi və "Evrin" dərnəyinin üzvü Mehdi Nəimi və şair Səyyad Məhəmmədian (Ovçu Qoşaçaylı) sentyabrın 10-da həbs olunublar. Onlar Tehrandakı “Evin” həbsxanasının 209-cu bölməsində təkadamlıq kameralarda təzyiq altında saxlanılırlar. Milli fəalların İranda yeni dərs ili günü məktəblərin açılışını boykot etməyi planlaşdırdığına görə həbs edildiyi ehtimal olunur. “Amnesty İnternational” onları vicdan məhbusu hesab edir və İran hökumətindən həmin azərbaycanlıların azadlığa buraxmasını tələb edir”.
Bəyanatda qeyd olunub ki, həbs olunan 20 nəfərdən 9 nəfəri barəsində məlumat almaq hələ də mümkün deyil: “Biz beynəlxalq insan hüquqları təşkilatı olaraq, rəsmi Tehranın bu hərəkətlərini qınayır və məsələ ilə bağlı İran hökumətinə öz etirazımızı bildiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR