Bank Of Baku

Moskvanın Tuşinsk bazarındakı kafedə törədilən partlayışda azərbaycanlılar hədəfə götürülüb

Moskvanın Tuşinsk bazarındakı kafedə törədilən partlayışda azərbaycanlılar hədəfə götürülüb
# 24 sentyabr 2008 08:41 (UTC +04:00)
Moskva – APA. Sentyabrın 23-də Moskvanın Tuşinsk bazarındakı kafedə baş vermiş partlayış qəsdən törədilib və kafenin sahibi olan azərbaycanlılar hədəfə götürülüb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, kafenin sahibi Azərbaycan vətəndaşıdır və onun həyat yoldaşı da ortada çalışır. Azərbaycanlı qadın şübhəli paket gördükdən sonra içəridə olan insanları kafedən çıxarıb və qapını bağlayaraq bazar rəhbərliyinə xəbər verməyə gedib. Elə bu zaman partlayış baş verib. Nəticədə 5 nəfər yaralanıb. Onlardan 3-ü xəstəxanada müalicə olunur. Partlayışı skinhedlərin törətdiyi istisna edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR