Bank Of Baku

Avropa Məhkəməsi Qulamhüseyn Əlibəyli və Həsən Kərimovun şikayətləri üzrə kommunikasiyaya başlayıb

Avropa Məhkəməsi Qulamhüseyn Əlibəyli və Həsən Kərimovun  şikayətləri üzrə kommunikasiyaya başlayıb
# 24 sentyabr 2008 09:45 (UTC +04:00)
Bakı-APA. Avropa İnsan Hüquqları Məhkəməsi ilə Azərbaycan hökuməti arasında daha iki şikayətlə bağlı kommunikasiya başlanıb. Avropa İnsan Hüququları Məhkəməsi AXCP Ali Məclisinin sabiq sədri Qulamhüseyn Əlibəyli və partiya sədrinin müavini Həsən Kərimovun 2005-ci il parlament seçkiləri ilə bağlı məhkəməyə göndərdikləri şikayətlərlə bağlı hökumətə sorğu göndərib. Bu barədə APA-ya Hüquq Maarifçili Cəmiyyətindən bildirilib. Qeyd edilib ki, Q. Əlibəyli şikayətində İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinə olan hüquq), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddəsi ilə təminat verilən hüquqlarının pozulduğunu bildirib. H. Kərimov isə Konvensiyanın 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinə olan hüquq), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddəsi ilə təminat verilən hüquqlarının pozuntusundan şikayət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR