Bank Of Baku

“Zamin Bank”ın “Mərkəz” filialının direktoru həbs olunub

“Zamin Bank”ın “Mərkəz” filialının direktoru həbs olunub
# 24 sentyabr 2008 11:22 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində "Zamin Bank" ASC-nin “Mərkəz” filialının direktoru, Bakı şəhər sakini Vidadi Xudiyev tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, V. Xudiyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bank sənədlərini saxtalaşdırmaq yolu ilə Orxan Şirinov, Sərdar Qəribov və qeyrilərinə məxsus 100 min manat məbləğində pul vəsaitlərini mənimsəməsi müəyyən edilib. Faktla əlaqədar Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR