Bank Of Baku

Vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilən qadın həbs olunub

Vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilən qadın həbs olunub
# 24 sentyabr 2008 13:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında bank vasitəsi ilə vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilən qadın həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binə qəsəbə sakini, 1970-ci il təvəllüdlü Aygün Seyran qızı Əliyeva 16 min ABŞ dolları mənimsəməkdə ittiham olunur. A. Əliyeva bir müddət əvvəl Hüseynbala Baxşıyev adlı Bakı sakinindən onun evini paytaxtda fəaliyyət göstərən kommersiya banklarından birinə girov qoyaraq pul götürməsinə yardımcı olacağına söz verib. Bankdan evin girov qoyulması müqavilində 25 000 min ABŞ dolları alan A. Əliyeva ev sahibinə 9 000 dollar verərək ona saxtalaşdırılmış girov bileti təqdim edib. Əzizbəyov rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadın həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, A. Əliyeva əvvəllər də dələduzluq maddəsi ilə məhkum olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR