Bank Of Baku

Zaqatala sakini itkin düşüb

Zaqatala sakini itkin düşüb
# 24 sentyabr 2008 13:32 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. 37 yaşlı Zaqatala rayon sakini itkin düşüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna, Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, 1971-ci ildə Bəhmədli kəndində anadan olan, rayonun Əliabad kəndində yaşayan Əliyeva Ruqiyyə Şaban qızı avqustun 20-də evdən çıxaraq bir daha evə qayıtmayıb. Bu barədə Polis Şöbəsinə R. Əliyevanın həyat yoldaşı Əliyev Niyazi İsrafil oğlu məlumat verib. Qazanc məqsədi ilə Rusiya dövlətinə öz tutduğunu bildirən N. Əliyev deyib ki, sentyabrın əvvəlində geri dönərkən, həyat yoldaşının evdən getdiyini eşidib. Zaqatala rayon Polis Şöbəsində R. Əliyevanın tapılması istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR