Bank Of Baku

Dövlət sənədlərini saxtalaşdırmaqda ittiham olunan Bakı sakini tutulub

Dövlət sənədlərini saxtalaşdırmaqda ittiham olunan Bakı sakini tutulub
# 24 sentyabr 2008 13:39 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda rəsmi dövlət sənədlərini saxtalaşdırmaqda təqsirli bilinərək barəsində axtarış elan olunmuş şəxs həbs edilib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib. Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Rasim İsrafil oğlu Həsənov Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində açılmış cinayət işinin icraatına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR