Bank Of Baku

Azərbaycanda xəstələnən israilli uşaq ambulans-təyyarə ilə ölkəsinə göndərilib

Azərbaycanda xəstələnən israilli uşaq ambulans-təyyarə ilə ölkəsinə göndərilib
# 25 sentyabr 2008 09:11 (UTC +04:00)
Tel-Əviv – APA. Azərbaycanda xəstələnən 2 yaşlı israilli hava ambulansı ilə ölkəsinə göndərilib. APA-nın “Yediot Axronot” qəzetinə istinadən verdiyi məlumata görə, İsrailin Azərbaycandakı səfirliyində çalışan iki əməkdaşın övladı olan 2 yaşlı Nidan Bakıda xəstələnib. Sətəlcəm olan və bir neçə gün hərarəti düşməyən uşağın vəziyyəti ağırlaşıb və onda nəfəs darlığı yaranıb. Ancaq anası onun Bakıdakı klinikaların birinə aparılmasına icazə verməyib. İsrail Xarici İşlər Nazirliyi ilə məsləhətləşdikdən sonra Nidalı İsrailə göndərmək qərara alınıb. İsrail XİN yerli firmaların birindən ambulans-təyyarə kirayələyib və məşhur pediatr Dan Enqlehard bir neçə tibb bacısı ilə birlikdə Bakıya göndərilib. Ancaq Bakıya uçan təyyarədə nasazlıq yaranıb. Motorlarından biri xarab olan təyyarə Türkiyənin Trabzon şəhərinə məcburi eniş edib. Nəticədə həkimlər Bakıya 3 saat gecikmə ilə çatıblar. Ambulans-təyyarə ilə İsrailə aparılan Nidan hazırda vətənində müalicə olunur. Onun vəziyyəti qənaətbəxşdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR