Bank Of Baku

Sadiq Gözəlov: ”Polis Akademiyasında kütləvi zəhərlənmə halı baş verməyib”

Sadiq Gözəlov: ”Polis Akademiyasında kütləvi zəhərlənmə halı baş verməyib”
# 25 sentyabr 2008 09:28 (UTC +04:00)
Bu barədə APA-nın sualına cavab olaraq DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov bildirib. Polis Akademiyasının müdavimlərinin kütləvi zəhərlənmələri barədə mətbuatda verilən məlumatlara münasibət bildirən S. Gözəlov deyib ki, sentyabrın 20-nə keçən gecə 33 müdavim Akademiyanın tibb hissəsinə mədə-bağırsaq pozğunluğu ilə bağlı müraciət edib: “Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanada onların müayinələri təşkil olunub. Müayinə zamanı yalnız 13 nəfərdə mədə-bağırsaq disfunksiyası müəyyən edilib. Müayinədən və ilkin tibbi yardımdan sonra müdavimlərin hamısı təhsil müəssisəsinə qayıdıblar. Akademiyada hər hansı qida zəhərlənməsindən söhbət gedə bilməz”.
S. Gözəlov deyib ki, DİN rəhbərliyinin göstərişinə əsasən faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR