Bank Of Baku

Misirin birinci xanımı Suzan Mubarək: “Azərbaycanda olmağıma görə məmnunluq hissi keçirirəm”

Misirin birinci xanımı Suzan Mubarək: “Azərbaycanda olmağıma görə məmnunluq hissi keçirirəm”
# 25 sentyabr 2008 10:58 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə Milli Məclisin vitse-spikeri Bahar Muradova, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə, Azərbaycanın İnsan Haqları üzrə müvəkkili Elmira Süleymanova, millət vəkilləri Rəbiyyət Aslanova, Qənirə Paşayeva, Elmira Axundova iştirak ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova S. Mübarəkin qadın problemlərinə xüsusi diqqətlə yanaşdığını, qadınlara olan zorakılığa qarşı fəal mübarizə apardığını bildirib. Xanım S. Mübarək Azərbaycanda olmaqdan məmnun qaldığını qeyd edib: “Sizin gözəl mühitdə olmaqdan məmnuniyyət hissi keçirirəm. Şadam ki, sizinlə yaxından tanış olmaq imkanı yaranıb. Ölkənizdə hiss olunan dəyişikliklər bizə də tanışdır, Misir bu mərhələni artıq keçib. İnkişaf etmiş ölkələrdə qadınların rolu bariz şəkildə görünür” .
Misirin birinci xanımı sabah Bakıda keçiriləcək Azərbaycan Qadınlarının I Qurultayında iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR