Bank Of Baku

Azərbaycanda hər hakimə il ərzində 450 məhkəmə işi düşür

Azərbaycanda hər hakimə il ərzində 450 məhkəmə işi düşür
# 25 sentyabr 2008 12:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan hakimlərinin bir il ərzində baxdığı məhkəmə işlərinin sayı Türkiyə ilə müqayisədə iki dəfə azdır. APA-nın məlumatına görə, bu barədə Türkiyə və Azərbaycan ədliyyə nazirlərinin bu gün keçirilən görüşündə bildirilib. Azərbaycan ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda hakimlərin sayının artırılmasından sonra indi bir hakimə il ərzində 450 məhkəmə işinin düşdüyünü bildirib. Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin isə öz ölkəsində bu rəqəmin iki dəfə çox olduğunu, bir hakimə il ərzində 1000 məhkəmə işinin düşdüyünü söyləyib. Görüşdə Türkiyədə məhbusların sayının 100 min nəfərə çatdığı, Azərbaycanda isə bu rəqəmin beş dəfə aşağı, yəni 20 min nəfər olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR