Bank Of Baku

Sabirabad sakini özünü asaraq intihar edib

Sabirabad sakini  özünü asaraq intihar edib
# 25 sentyabr 2008 13:11 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı-APA. Bu gün səhər saatlarında Sabirabad rayonunun Muğangəncəli kənd sakini, 1985-ci il təvəllüdlü Ağayev Elşən Yaqub oğlu yaşadığı həyətdə tut ağacından özünü asaraq intihar edib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Elşən Ağayevin dayısı Xəyalət Zeynalov məlumat verib. Onun sözlərinə görə, yaxınları E. Ağayevin meyitini saat 10.30 radələrində tut ağacından asılmış vəziyyətdə aşkar ediblər. X. Zeynalov E. Ağayevin intihar etməsinə qonşusu Elçin Zərbiyevlə bacısının üstündə yaranmış münaqişənin səbəb olduğunu bildirib. Məlumata görə, onlar arasında əvvəl yaranmış əlbəyaxa münaqişəyə görə, Sabirabad rayon Qaragünə kənd Polis Bölməsinin rəisi Eminağa Zeynalova şikayət olunub. X. Zeynalov deyib ki, bölmə rəisi problemi yoluna qoymaq əvəzinə mərhumu incitməklə məşğul olub və hadisədən çıxış yolu tapa bilməyən E. Ağayev intihar edib.
Sabirabad rayon Prokurorluğunun müstəntiq Elşad Hacıyev APA-nın Mil-Muğan bürosuna intihar faktını təsdiqləyib və hazırda istintaq tədbirləri aparıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR