Bank Of Baku

Axtarışda olan 2 Azərbaycan vətəndaşı Rusiyada yaxalanıb

Axtarışda olan 2 Azərbaycan vətəndaşı Rusiyada yaxalanıb
# 25 sentyabr 2008 16:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda axtarışda olan fərari hərbiçi Rusiya Federasiyasında həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının Rusiya milisi ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin (CM) 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə axtarışda olan 1971-ci il təvəllüdlü Eldar Barat oğlu Dövlətov Rusiyada saxlanılıb. Bundan başqa, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə barəsində axtarış elan olunmuş 1979-cu iul təvəllüdlü Vüqar Əlibala oğlu Cəbrayılov da Rusiyada yaxalanıb. Hazırda onların Azərbaycana ekstradisiya olunması üçün iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR