Bank Of Baku

Bakıdakı kafelərdən birində bıçaqlanma hadisəsi baş verib

Bakıdakı kafelərdən birində bıçaqlanma hadisəsi baş verib
# 26 sentyabr 2008 08:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu gecə Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən “Karvan” kafesində bıçaqlanma hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, iki dost arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Lətif Qasımov mübahisə zəmnində 1982-ci il təvəllüdlü Rüstəm Məmmədovu bıçaqlayıb. Xəsarət alan şəxs ağır vəziyyətdə paytaxtda fəaliyyət göstərən xəstəxanalardan birinə yerləşdirilib. Hadisəni törədən L. Qasımovu isə tutmaq mümkün olmayıb. Hazırda Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları L. Qasımovun tutulması istiqamətində əməliyyat tədbirləri keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR