Bank Of Baku

BQXK-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub

BQXK-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub
# 26 sentyabr 2008 08:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub. BQXK-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndəliyə Belçikadan olan Tun Vandenhuv rəhbərlik edəcək. O, oktyabrın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq. Tun Vandenhuv artıq Bakıdadır və bu gündən görüşlərə başlayacaq.
Məlumata görə, T. Vandenhuv 1992-ci ildən BQXK-nin dünyanın bir çox ölkələrindəki nümayəndəliklərində çalışıb.
Qeyd edək ki, BQXK-nin Azərbaycandakı nümayəndəliyinə bundan əvvəl Martin Amaşer rəhbərlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR