Bank Of Baku

Bakı sakini qarət edilib

Bakı sakini qarət edilib
# 26 sentyabr 2008 09:39 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı sakini naməlum şəxslər tərəfindən qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Naxçıvani küçəsində yerləşən parkda baş verib. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Hamlet Hüseynov naməlum şəxslərin hücumuna məruz qalıb. Basqınçılar ondan zor tətbiq etməklə üstündə olan pulunu alıblar. Naməlum şəxslər daha sonra H. Hüseynovdan daha çox pul gətirmələrini tələb ediblər. Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçilərdən biri, Muxtarov qəsəbəsinin sakini, 1984-cü il təvəllüdlü Cavid Cəfərov saxlanılıb. Hazırda digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR