Bank Of Baku

Bakı Apelyasiya Məhkəməsində Təhmasib Novruzovun “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddiaya baxış iclası keçirilib

Bakı Apelyasiya Məhkəməsində Təhmasib Novruzovun “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddiaya baxış iclası keçirilib
# 26 sentyabr 2008 12:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Bakı Apelyasiya Məhkəməsində Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzovun “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddiaya baxış iclası keçirilib. APA-nın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda iddiaçının vəkili Oqtay Məmmədzadə Yasamal Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinin əsaslı olduğunu deyib. T. Novruzov isə Ədliyyə Nazirliyi və Vergilər Nazirliyinin arxivindən AXCP-ni və “Azadlıq” qəzetinin qeydiyyat sənədlərinin əldə edilmiş surətlərini məhkəməyə təqdim edib. Cavabdeh tərəfin vəkili Elçin Sadıqov isə iddianı əsassız hesab edib və Yasamal rayon məhkəməsinin qətnaməsinin təsdiq olunmasını xahiş edib. Növbəti məhkəmə iclası oktyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, AHB sədri T. Novruzov “Azadlıq” qəzetinin təsisçilərinin əlindən alınması ilə bağlı Yasamal rayon məhkəməsində qaldırdığı iddia təmin edilməyib. T. Novruzov isə həmin qərardan apelyasiya şikayəti verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR