Bank Of Baku

Nardaranda Ümumdünya Qüds Günü ilə bağlı mitinq keçirilib

Nardaranda Ümumdünya Qüds Günü ilə bağlı mitinq keçirilib
# 26 sentyabr 2008 13:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Nardaran qəsəbəsindəki İmam Hüseyn meydanında Ümumdünya Qüds Günü ilə bağlı mitinq keçirilib. APA-nın xəbərinə görə, mitinqdə “İsrail, ABŞ işğalçı və terrorçudur!”, “ABŞ-a və İsrailə ölüm!”, “Amerika sionizminə ölüm!”, “1 nömrəli terrorçu Corc Buşdur!”, və s. şüarlar səsləndirilib. Aksiyada çıxış edən qəsəbə sakini Hacı Əlikram Əliyev bildirib ki, sionistlər müsəlmanlardan qorxurlar, çenki müsəlmanların birliyi sionistləri təşvişə salıb. O daha sonra “Qüdsü və Qarabağı azad edəcəyik” deyib. Digər qəsəbə sakini Hacı Əli Hüseynov Nardaran əhalisinin vəhdətinin qorunmasının vacibliyini vurğulayıb. İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov çıxışında bildirib ki, Azərbaycanda İsrail səfirliyinin olması ölkə üçün problemlərin yaranması deməkdir. Qəsəbə sakini Hacı Hacıağa Nuri isə deyib ki, ABŞ Qarabağ probleminin həlində öz məqsədlərini önə çəkir. Aksiyada ABŞ, İsrail, Böyük Britaniya, Fransa bayraqları və Corc Buşun müqəvvası yandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR