Bank Of Baku

14 yaşlı oğlanı oğurlayaraq qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi keçirilib

14 yaşlı oğlanı oğurlayaraq qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi keçirilib
# 26 sentyabr 2008 13:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə 14 yaşlı oğlanı tamah məqsədi ilə oğurlayaraq qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvlərinin növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri dinlənilib. İş üzrə növbəti proses oktyabrın 10-a təyin olunub.
Qeyd edək ki, Kürdəmir rayon sakinləri Elsevər Məmmədov, Səbuhi Dəmirov və İsmayıl Quliyev yaşadıqları rayonda azyaşlı oğlanı tamah məqsədi ilə oğurlayaraq valideynlərindən külli miqdarda pul tələb ediblər. Vaxtında pulu ala bilməyən mütəşəkkil dəstə azyaşlını vəhşicəsinə qətlə yetiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR