Bank Of Baku

Ramil Usubov: “Azərbaycanda kriminogen durum nəzarətdə saxlanılır”

Ramil Usubov: “Azərbaycanda kriminogen durum nəzarətdə saxlanılır”
# 26 sentyabr 2008 15:57 (UTC +04:00)
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiya iclası “Mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində fəaliyyətin təşkili və görülən işlər”ə, habelə «Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində görülən işlərin, əlaqədar dövlət orqanları və ictimai təşkilatlarla qarşılıqlı əlaqələrin vəziyyəti”nə həsr olunub.

Kollegiyada çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkədə kriminogen durumun nəzarətdə saxlanıldığını, ötən il və bu ilin səkkiz ayında da təqdirəlayiq göstəricilər qazanıldığını vurğulayıb. Müzakirəyə çıxarılmış hər iki məsələ üzrə şəxsi heyət tərəfindən bir sıra müsbət işlərin görüldüyünü diqqətə çatdıran Ramil Usubov bununla yanaşı, istər mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində, istərsə də yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində yerlərdə fəaliyyətin təşkilində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edib.

DİN-in Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski və Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev müzakirə olunan məsələlərlə bağlı çıxış ediblər.

Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Bağır Bağırov gündəlikdəki ikinci məsələ barədə çıxış edib. Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanların avaralıq və dilənçiliyə, əxlaqsız həyat tərzinə, qeyri-qanuni qulluğa, cəmiyyətə zidd digər əməllərə cəlb edilməsinin qarşısının alınması və profilaktikası istiqamətində polisin aidiyyəti xidmətləri tərəfindən dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə 1437 reyd və yoxlamalar keçirilib.

İclasa yekun vuran R. Usubov gündəlikdəki hər iki məsələ üzrə polis orqanları tərəfindən görülən işlərin ümumən qənaətbəxş olduğunu, eyni zamanda xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu bir daha xatırladaraq konkret tapşırıq və tövsiyələr verib.

Prezident seçkilərinə hazırlıq və seçki dövründə qarşıda duran vəzifələr barədə danışan daxili işlər naziri bununla əlaqədar DİN tərəfindən xüsusi tədbirlər planı hazırlanıb yerlərə göndərildiyini deyib. R. Usubov öz konstitusion hüququnu realizə etmək üçün ölkəmizin hər bir vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinin seçkilər ərəfəsində və səsvermə günü ictimai təhlükəsizliyin təmininə xüsusi diqqət yetirilməsinin böyük əhəmiyyət daşıdığını, əməkdaşların hər hansı bir formada seçki prosesinə müdaxilə etmələrinin yolverilməzliyini, tutduğu vəzifədən asılı olmayaraq, bunun üçün hər bir əməkdaşın şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb. Nazir bildirib ki, polisin qarşısında duran vəzifələr yalnız seçki qanunvericiliyinin tələblərinə və müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR