Bank Of Baku

Dəqiqləşdirmə

Dəqiqləşdirmə
# 26 sentyabr 2008 16:14 (UTC +04:00)
Bakı-APA. “Ədliyyə naziri Fikrət Məmmədovun Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahinlə görüşdə Azərbaycanın penitensiar müəssisələri barədə söylədiyi fikirlər APA-nın əməkdaşı tərəfindən kontekstdən çıxarılaraq təqdim edilib”. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Müəyyən olunub ki, nazir çıxışında Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış cəzaçəkmə müəssisələrində məhkumların saxlanılması şəraitinin müasir standartlara uyğunlaşdırıldığını qeyd edib, bu sahədə həyata keçirilən tədbirlərin isə davam etdirildiyini, o cümlədən yeni penitensiar müəssisələrin inşa olunduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR