Bank Of Baku

Məhkəmə-Hüquq Şurasında Türkiyənin ədliyyə naziri ilə görüş keçirilib

Məhkəmə-Hüquq Şurasında Türkiyənin ədliyyə naziri ilə görüş keçirilib
# 26 sentyabr 2008 16:22 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvləri ilə görüşüb. MHŞ-dən APA-ya verilən məlumata görə, şura sədri Fikrət Məmmədov Azərbaycanda həyata keçirilən məhkəmə islahatının mahiyyəti barədə qonağa məlumat verib. F. Məmmədov MHŞ-nin fəaliyyəti və məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən işləri, şəffaf prosedurlarla hakimliyə namizədlərin seçilməsini və digər tədbirləri diqqətə çatdırıb. Türkiyəli nazir Azərbaycanda qısa müddət ərzində məhkəmə sisteminin demokratik norma və dəyərlər əsasında yenidən qurulmasının şahidi olduğunu vurğulayıb, hakimliyə namizədlərin seçilməsi prosesini Avropada ən mütərəqqi prosedur kimi dəyərləndirərək ölkəmizin nailiyyətlərinə sevindiyini qeyd edib.
Görüşdə MHŞ üzvləri vəkil Akif Əhmədov, hakim Şəlalə Məmmədova, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR