Bank Of Baku

Sabiq millət vəkili Hüseyn Abdullayevin Avropa Məhkəməsinə etdiyi şikayət icraata götürülüb

Sabiq millət vəkili Hüseyn Abdullayevin Avropa Məhkəməsinə etdiyi şikayət icraata götürülüb
# 26 sentyabr 2008 16:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Sabiq millət vəkili Hüseyn Abdullayevin ötən ilin mart ayında həbs edilməsi ilə bağlı məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanladığı şikayət icraata götürülüb. Bu barədə APA-ya Hüseyn Abdullayevin vəkili Cavanşir Süleymanov məlumat verib. Vəkilin sözlərinə görə, H. Abdullayev Səbayel rayon Məhkəməsinin onun barəsində çıxardığı qərara etiraz olaraq bir müddət əvvəl Avropa Məhkəməsinə müraciət edib. Bu gün Avropa Məhkəməsindən iddiaçı tərəfə bildirilib ki, H. Abdullayevin müraciəti qəbul olunub və artıq şikayətin araşdırılmasına başlanılıb.
Qeyd edək ki, H. Abdullayev 2007-ci ilin mart ayında Milli Məclisin iclas zalında deputat həmkarı Fəzail Ağamalıya xəsarət yetirməkdə ittiham edilərək həbs edilmişdi. Sonra isə Səbayel rayon Məhkəməsinin hökmü ilə H. Abdullayev şərti olaraq 2 il müddətinə azadlıqdan məhrum edilərək azadlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR