Bank Of Baku

Lənkəranda 10 yaşlı qızı maşın vurub

Lənkəranda 10 yaşlı qızı  maşın vurub
# 27 sentyabr 2008 08:40 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran şəhər Polis Şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun APA- nın cənub bürosuna verdiyi məlumata görə, hadisə Ələt-Astara avtomobil yolunun Liman şəhəri ərazisində qeydə alınıb. Lənkəran rayonunun Digah kənd sakini, 1952-ci il təvəllüdlü Seyfəli Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı, 42-BS-082 dövlət nömrə nişanlı avtomobil piyada, Liman şəhər sakini, 1998-ci il təvəllüdlü Aynur Tofiq qızı Əbilzadəni vurub. Müxtəlif bədən xəsarətləri alan sürücü 10 yaşlı qızı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR