Bank Of Baku

Ədliyyə orqanlarında 300-ə yaxın ştat vahidi boşdur

Ədliyyə orqanlarında 300-ə yaxın ştat vahidi boşdur
# 27 sentyabr 2008 09:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Ədliyyə Nazirliyinin müvafiq sahələrində 300-ə yaxın ştat vahidi boşdur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin kadrlar idarəsinin rəisi Rauf Məhərrəmov deyib. R. Məhərrəmov bildirib ki, Ədliyyə Nazirliyinin strukturu yeniləşib və əlavə ştat vahidləri ayrılıb: “Artıq Ədliyyə Nazirliyinin yerlərdə də regional bölmələr yaradılıb. Bununla yanaşı ədliyyə orqanlarında qeydiyyat, məhkəmə nəzarətçiləri və icraçıları sahəsi, Penitensiar Xidmət fəaliyyət göstərir. Bunlara əlavə ştat vahidləri ayrılıb. Bizim orqanın digər sahələrində də boş yerlər mövcuddur. Hesab edirik ki, bilik və səviyyəsi qaneedici olan şəxslər ədliyyə orqanlarına keçirilən imtahanlardan uğurla çıxacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR