Bank Of Baku

Ədliyyə orqanlarına işə qəbulla bağlı test imtahanı keçirilib

Ədliyyə orqanlarına işə qəbulla bağlı test imtahanı keçirilib
# 27 sentyabr 2008 09:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli- APA. Bu gün ədliyyə orqanlarına işə qəbulla bağlı test imtahanı keçirilib. APA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin yeni tədris binasında Ədliyyə Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən birgə keçirilən test imtahanında dövlət, özəl və xarici təhsil müəssisələrini bitirən namizədlər iştirak edib. Qaydalara əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub. İmtahanda mümkün 90 baldan 55 bal toplayan imtahan iştirakçısı isə müsabiqənin növbəti mərhələsinə keçmək imkanı əldə edəcək. İmtahan yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənilib. Ədliyyə Nazirliyi kadrlar idarəsinin rəisi, İmtahan Komissiyasının sədr müavini Rauf Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, sənəd verən 256 namizəddən 20-si buraxılış vərəqlərini gətirmədiklərinə görə imtahana buraxılmayıb. 8 nəfər isə imtahana gecikib. R. Məhərrəmov müsabiqənin ikinci mərhələsində işə qəbul olmaq istəyənlərlə söhbətləşmə aparılacağını deyib: “İkinci müsabiqənin vaxtı birinci mərhələ yekunlaşandan sonra bəlli olacaq. Müsabiqənin şəffaflığının təmin olunması üçün bu mərhələdə də müşahidəçilərin iştirakına məhdudiyyət qoyulmayacaq. Ümumiyyətlə Ədliyyə Nazirliyi işə qəbulla bağlı şəffaflığın təmin olunmasında maraqlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR