Bank Of Baku

Göygöl rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsində ölən və yaralananlar olub

Göygöl rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsində ölən və yaralananlar olub
# 27 sentyabr 2008 09:34 (UTC +04:00)
Göygöl. Nəzakət Məşədiəliqızı –APA. Ötən gecə saat 22.00 radələrində Gəncə-Şəmkir yolunun 6-cı kilometrliyində Ədalət Qələndər oğlu Pənahovun idarə etdiyi VAZ-2101 markalı avtomobil Arif Qəzənfər oğlu Çələbiyevin idarə etdiyi BMW-316 markalı avtomobillə toqquşub. Göygöl rayon Polis Şöbəsinin müstəntiqi Tofiq Nuriyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə nəticəsində VAZ-2101 markalı avtomobilin sürücüsü və üç nəfər sərnişin ağır bədən xəsarətləri alıb. Avtomobildə olan 50 yaşlı Laləzər Sadıq qızı Ədalətova hadisə yerindəcə keçinib. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətlərinin stabil-ağır olduğu bildirilib. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR