Bank Of Baku

Gəncədə güclü yanğın baş verib

Gəncədə güclü yanğın baş verib
# 27 sentyabr 2008 09:37 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Gəncə şəhəri, Həsən Əliyev küçəsi ev 28 ünvanında güclü yanğın baş verib. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna bildirilib ki, hadisə yerinə 5 yanğınsöndürən maşın göndərilsə də, Eldar Əbülfət oğlu İlyasova məxsus 52 kvadrat metrlik mənzilin 36 kvadrat metrlik sahəsi tamamilə yanıb. Ev sahiblərinin evdə olmasına baxmayaraq, onlardan heç biri xəsarət almayıb. İlkin ehtimala görə, yanğına elektrik naqilində baş verən qısaqapanma səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR