Bank Of Baku

Bakıda avtomobil oğurlamaqda təqsirləndirilən şəxs tutulub

Bakıda avtomobil oğurlamaqda təqsirləndirilən şəxs tutulub
# 27 sentyabr 2008 10:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Sabunçu rayonunda 1 il axtarışda olan avtomobil oğrusu həbs edilib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən il öz həmyerlisinin avtomobilini oğurlayaraq paytaxtdan qaçan 1987-ci il təvəllüdlü Tərlan Novruz oğlu Əmrahov 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. T. Əmrahov Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə ittiham olunur. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR