Bank Of Baku

Azərbaycanlı alim Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına aparılıb

Azərbaycanlı alim Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına aparılıb
# 27 sentyabr 2008 11:00 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, professor, 56 yaşlı Hüseyn İsmayılov ürək-damar sistemində yaranmış problemlə əlaqədar Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına göndərilib. Bu barədə APA-ya alimin oğlu Səbuhi İsmayılov məlumat verib. O, atasının həyatına olan təhlükənin sovuşduğunu, amma hələ də danışa və yeriyə bilmədiyini söyləyib: “Atam insult diaqnozu ilə Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunurdu. Sentyabrın 16-da axşam onu Türkiyəyə göndərdik. Ürəyində tromb olduğundan həkimlər gündəlik qan analizinin nəticələrinə uyğun müalicə təyin edir”.

S. İsmayılovun sözlərinə görə, atasının oktyabrın 6-da Türkiyə Silahlı Qüvvələrinin fizioterapiya üzrə bərpa mərkəzinə köçürülməsi nəzərdə tutulur: “Həkimlər müalicənin orada davam etdirilməsini məqsədəuyğun hesab edirlər. Bərpa mərkəzində dil, əl və ayaqların açılması üçün uyğun müalicə kursu təyin olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR