Bank Of Baku

Elçin Behbudov Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb

Elçin Behbudov Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb
# 27 sentyabr 2008 11:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə APA-ya hüquq müdafiəçisi özü məlumat verib. E. Behbudovun sözlərinə görə, Polis İdarəsinə çağrılması bu ilin iyul ayında avtomobilindən külli miqdarda pulun oğurlanması üzrə aparılan istintaqla əlaqədar olub. Polis İdarəsinin istintaq şöbəsinin rəisi Yaşar Haqverdiyev tərəfindən qəbul olunduğunu bildirən komitə sədri deyib ki, görüşdə qarətçilərin hələ də tapılmamasına görə narahatlığını ifadə edib: “İdarədə mənə oğurluq hadisəsinin üstünün tezliklə açılacağını bildirdilər”.
Xatırladaq ki, bu il iyulun 14-də Nizami metro stansiyasının yaxınlığında Elçin Behbudovun şəxsi avtomobilindən 30 min manat oğurlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR