Bank Of Baku

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib
# 28 sentyabr 2008 10:03 (UTC +04:00)
Kürdəmir rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, qəza Laçın rayon Hacılar kənd sakini, 1952-ci il təvəllüdlü Orucov İxtiyar Məhəmməd oğlunun 90-BR-993 dövlət nömrə nişanlı “Hundai” markalı maşını yüksək sürətlə idarə etməsi nəticəsində baş verib. Maşın yoldan çıxaraq, aşıb.

Nəticədə sürücü hadisə yerindəcə keçinib. Maşında olan beş sərnişindən ikisi, sürücünün həyat yoldaşı, 1959-cu il təvəllüdlü Orucova Hürü Hüseyn qızı və qaynı, 1974-cü il təvəllüdlü Mehdiyev Sarvan Hüseyn oğlu xəsarət alıblar. Yaralılar Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR