Bank Of Baku

Yol qəzasında Azərbaycan Ordusunun bir əsgəri dünyasını dəyişib, üçü isə yaralanıb

Yol qəzasında Azərbaycan Ordusunun bir əsgəri dünyasını dəyişib, üçü isə yaralanıb
# 29 sentyabr 2008 10:53 (UTC +04:00)
Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Fizuli Yusifovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, qəza nəticəsində VAZ-2107 markalı avtomabildə olan N saylı hərbi hissənin əsgəri, 1986-cı il təvəllüdlü Fariz Fəyyaz oğlu Aslanov hadisə yerindəcə keçinib. Maşında olan digər üç əsgər isə yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirlir.

Yaralılar dərhal Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Daha sonra müalicələrini davam etdirmək üçün onları hərbi hospitala göndəriblər.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR