Bank Of Baku

Gəncədə güclü yağın olub

Gəncədə güclü yağın olub
# 29 sentyabr 2008 13:55 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Bu gün saat 12.00 radələrində Gəncə şəhəri Rüzgar Qasımov küçəsi, ev 13 ünvanında güclü yanğın baş verib. Gəncə şəhər Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın qərb bürosuna verilən məlumata görə, 50 yaşlı Səlim Həsənova məxsus, ümumi sahəsi 80 kvadrat/metr olan 3 otaqlı evin 1 otağı əşyaları ilə birgə tamam yanıb. Yanğın 15 kvadrat/metr sahəni tam, 12 kvadrat/metri isə qismən əhatə edib. Ailə üzvləri arasında xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR