Bank Of Baku

Ağdaş şəhərində xeyli silah-sursat aşkarlanıb

Ağdaş şəhərində xeyli silah-sursat aşkarlanıb
# 29 sentyabr 2008 18:14 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. Ağdaş rayonunun mərkəzində xeyli silah-sursat aşkarlanıb. Ağdaş rayon Polis Şöbəsinin rəis müavini Güloğlan Məmmədovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, silah-sursat Ağdaş şəhərində fəaliyyətini dayandırmış Tikinti Quraşdırma İdarəsinin (PMK-1) həyətindəki birmərtəbəli yararsız binada tapılıb. Bu gün saat 14.40 radələrində naməlum şəxsin Polis Şöbəsinin növbətçi hissəsinə verdiyi telefon məlumatına əsasən, polislər hadisə yerinə dərhal baxış keçiriblər.

Baxış zamanı binadan 1 ədəd “AK-74” tipli avtomat silah, 1 ədəd tank əleyhinə qumbaraatan, 4 ədəd tank əleyhinə qumbaraatan mərmisi, həmin mərmilər üçün 4 ədəd alışqan, 16 mm kalibrli 1 ədəd lüləsi kəsik ov tüfəngi, avtomat silah üçün 8 ədəd sandıqca, 1 ədəd “F-1” əl qumbarası, 1791 ədəd müxtəlif kalibrli avtomat güllələri aşkarlanaraq götürülüb. Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR