Azərbaycanda 10 il ərzində valyutadəyişmə məntəqələrinə silahlı basqınlar etmiş keçmiş polis əməkdaşları həbs olunub
Həmin cinayət hadisələrinin açılmasının təmin edilməsi məqsədilə Respublika Baş Prokurorluğu tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə 26 avqust 2008-ci il tarixdə müvafiq əməliyyat tapşırıqları verilib. Bu növ cinayətlər barədə daxil olan məlumatların təhlilinin nəticələri nəzərə alınaraq, MTN tərəfindən Azərbaycanın iqtisadi sahədə maraqlarının və təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusi əməliyyat-axtarış tədbirləri planı hazırlanaraq həyata keçirilib. Müəyyən edilib ki, uzun müddət cəzasızlıq şəraitində Bakı şəhərinin müxtəlif rayonlarının ərazisində törədilmiş 20-dən artıq həmin quldurluq cinayət hadisələri nəticəsində zərər çəkmiş şəxslərin əksəriyyəti «Binə» adlı ticarət mərkəzində və bir sıra banklarda işləyib. Eyni zamanda, bu cinayətlərin həyata keçirilməsinin üsul və vasitələrinin, eləcə də hazırlıq proseslərinin təhlili həmin hüquqazidd əməllərin əməliyyat-axtarış fəaliyyətini yaxşı bilən və hüquq mühafizə orqanlarının iş prinsip və metodlarına yaxından bələd olan şəxs, yaxud şəxslər tərəfindən törədildiyini də ehtimal etməyə əsas verib.
2008-ci il sentyabrın 30-da MTN tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakinləri - 1962-ci il təvəllüdlü, DİN Yasamal rayon polis idarəsində, Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsində, Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinin rəisi və Yasamal rayon polis idarəsinin cinayət axtarış şöbəsinin rəis müavini vəzifəsində işləmiş, 1997-ci ildə öz xahişi ilə işdən azad olunmuş Mehdi Əmirəliyev, 1964-cü il təvəllüdlü, DİN Şuşa şəhər şöbəsində və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, 1994-cü ildə polis orqanlarından xaric olunmuş İrac Nəsrullayev və 1971-ci il təvəllüdlü Ceyhun Qarayev şübhəli şəxs qismində saxlanılıb, onların üzərindən 1 ədəd «TT» markalı tapança silah aşkar olunaraq götürülüb.
M. Əmirəliyev, İ. Nəsrullayev və C. Qarayev istintaqa verdikləri ifadələrində 1998-ci ildən etibarən Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən, «Binə» adlanan ticarət mərkəzindəki valyuta dəyişmə məntəqələrində işləyən ayrı-ayrı şəxslərə qarşı 20-dən artıq silahlı basqın törətdiklərini və onların külli miqdarda pullarını mənimsədiklərini etiraf ediblər. Eyni zamanda, İ. Nəsrullayev və M. Əmirəliyev törətdikləri hadisələrin təfərrüatları barədə verdikləri ifadələrində hüquq mühafizə orqanlarında işləyərkən topladıqları təcrübə əsasında özlərinin qanunsuz olaraq müəyyənetmə və məxfi müşahidə tədbirləri keçirdiklərini də bildiriblər.
İş üzrə bütün halların araşdırılması, cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə
FHN Bazardüzü zirvəsi istiqamətində xəsarət alan alpinisti xilas edib - VİDEO
Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub - FOTOLENT
Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - FOTO - YENİLƏNİB-3
Xəbər Lenti
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
AB rəsmiləri Türkiyəyə səfər çərçivəsində Hakan Fidanla görüşəcəklər
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Britaniya minlərlə məhkumu azadlığa buraxmaq niyyətindədir
AP 2027-ci ildən sonra Ukrayna üçün yeni kreditlə bağlı müzakirələr aparır
Pakistan Əfqanıstanla sərhəddə 29 silahlını zərərsizləşdirib
İsrail ordusu Livanın cənubunda “Hizbullah”a aid yeraltı anbarı məhv edib
KİV: Tətillərə baxmayaraq, İran-ABŞ texniki danışıqları davam edir
“Axios”: ABŞ və İran qarşılıqlı atəşkəs barədə razılığa gəlib
DÇ-2026: Kanada 1/8 finala çıxıb
Putin: Ankoricdə həqiqətən də heç bir razılaşma əldə olunmamışdı
Putin: Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri şübhəsiz ki, problemlər yaradır
ABŞ rəsmisi: İranla danışıqlar texniki səviyyədə davam edir
FHN Bazardüzü zirvəsi istiqamətində xəsarət alan alpinisti xilas edib - VİDEO
Putin Zelenskinin Belarusa qarşı təhdidlərini Lukaşenko ilə ətraflı müzakirə etmədiyini deyib
Türkiyədə 3,6 bal gücündə zəlzələ olub
Türkiyə XİN: İsrail 1915-ci il hadisələri ilə bağlı qərarı ilə öz cinayətlərini ört-basdır etməyə çalışır
Venesuelada zəlzələnin dağıntıları altından 33 nəfər xilas edilib
Qətər vətəndaşı gəmidə qəlpə yaralarından ölüb
Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb - FOTO
Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd ola bilər
Böyük Britaniyada anomal istilər davam edir, ölənlər var
Vilayəti: "Hizbullah" Livanın müstəqilliyinin dayağıdır
Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub - FOTOLENT
Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
İsrail ordusunun Baş Qərargah rəisi: Livanla tarixi razılaşma hərbi uğurlar sayəsində mümkün olub
Venesuelada zəlzələnin miqyası böyüyür, 60 min bina dağılıb və ya zədələnib
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - FOTO - YENİLƏNİB-3
ÜST-ün baş direktoru: Avropada isti havalara görə, 1300-dən çox ölüm hadisəsi qeydə alınıb
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLENT - YENİLƏNİB-2
Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb
Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetə çıxarılacaq
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
DİM: İyunun 27-də keçirilməli olan qabiliyyət imtahanı təxirə salınıb, iyulun 7-də keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-2
Sabah çimərliklərdə hava küləkli olacaq
Bakıda külək əsir, rayonlarda yağış yağır - FAKTİKİ HAVA
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib