Bank Of Baku

Şirvanda sərnişin mikroavtobusu “KrAZ” markalı yük avtomobili ilə toqquşub, 9 nəfər yaralanıb

Şirvanda sərnişin mikroavtobusu “KrAZ” markalı yük avtomobili ilə toqquşub, 9 nəfər yaralanıb
# 01 oktyabr 2008 16:25 (UTC +04:00)
Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün saat 17.30 radələrində Şirvan şəhəri H. Əliyev prospektində Sabirabad rayon Qaragünə kənd sakini, 1964-cü il təvəllüdlü Cəfərov İsmixan Məmmədağa oğlunun idarə etdiyi, 5 saylı marşrut üzrə hərəkət edən 18 BA 723 dövlət nömrə nişanlı mikroavtobus Hacıqabul rayon sakini Dadaşov Fazil Abbasqulu oğlunun idarə etdiyi “KrAZ” markalı, 24 AC 104 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində 9 nəfər yaralanıb. Onlardan 5-i orta-ağır dərəcəli sınıq travmaları ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına, bir nəfər isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 3 nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR