Bank Of Baku

Bakıda silahlı atışma olub, polis iki nəfəri zərərsizləşdirib-EKSKLÜZİV

Bakıda silahlı atışma olub, polis iki nəfəri zərərsizləşdirib-<font color=red>EKSKLÜZİV</font>
# 02 oktyabr 2008 06:47 (UTC +04:00)
Belə ki, dünən axşam saatlarında Maştağa kənd sakini Mirkərim Xəlilov Sabunçu rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək, silahlı basqına məruz qaldığı və maşınının qaçırıldığını bildirib. Hadisə ilə bağlı dərhal Sabunçu RPİ-də əməliyyat qrupu yaradılıb.

Polis tezliklə qaçırılmış maşının izinə düşərək, onu Bakıxanov qəsəbəsində tapıb. Bakıxanov qəsəbəsindən başlayan izləmə Ramanaya qədər davam edib.

Ramanada polis maşını hərəkətsiz vəziyyətə gətirə bilib. Bu vaxt isə maşında olan iki nəfər polisə silahlı müqavimət göstərib və atışma başlayıb.

Polis müqavimət göstərənləri zərərsizləşdirə bilib.

Hadisə nəticəsində ölən şəxslərin Maştağa kənd sakini, 1969-cu il təvəllüdlü
Fərhad Quliyev və onun 1963-cü il təvəllüdlü əmisi oğlu Azad Quliyev olduğu müəyyənləşib. O da bəlli olub ki, F. Quliyev Cinayət Məcəllsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1 (1qanunsuz silah gəzdirmə) maddəsi ilə uzun müddət axtarışda olub.

Əməliyyat zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR