Bank Of Baku

Həbsxanaya mobil telefonların ötürülməsinin qarşısı alınıb

Həbsxanaya mobil telefonların ötürülməsinin qarşısı alınıb
# 02 oktyabr 2008 08:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. “Azərbaycanın cəzaçəkmə müəssisələrində qanunvericiliklə qadağan olunmuş əşyaların həbsxanalara ötürülməsi faktına hələ də rast gəlinir”. Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında belə halların aradan qaldırılması üçün nazirlik tərəfindən xüsusi tədbirlər həyata keçirilir. Məlumata görə, sentyabrın 18-də Penitensiar Xidmətin tabeçiliyində olan həbsxanada anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmiş Nicat Nizami oğlu Məmmədovun yanına görüşə gəlmiş əmisi oğlu Əhəd Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman hazır yemək məhsulunun qablaşdırıldığı vedrənin alt hissəsində düzəldilmiş gizli saxlanc yerindən 2 ədəd “Nokia” markalı mobil telefon və telefonlar üçün lazımi əşyalar aşkar edilərək götürülüb. Bundan başqa, sentyabrın 30-da oğurluq və soyğunçuluq törətdiyinə görə, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Valeh Heybətovun yanına qısa müddətli görüşə gəlmiş bibisi oğlu 1978-ci il təvəllüdlü Elnur Nuriyevin gətirdiyi bayram sovqatında konserv qutusunun içərisində gizlədilmiş 4 ədəd “Nokia” markalı mobil telefon aparatları və həmin telefonlar üçün nəzərdə tutulmuş elektrik qidalandırıcılar və qulaqcıqlar, həmçinin SMS kartları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR