Bank Of Baku

Zakir Qaralov: ““Əbu Bəkr” məscidində terror aktı törətmiş “Meşə qardaşları” təşkilatının 25 üzvü həbs olunub”

Zakir Qaralov: ““Əbu Bəkr” məscidində terror aktı törətmiş “Meşə qardaşları” təşkilatının 25 üzvü həbs olunub”
# 02 oktyabr 2008 10:10 (UTC +04:00)
Məsciddə törədilmiş terror aktının tam araşdırılması və hadisədə iştirakı olan bütün şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilməsi üçün intensiv əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini qeyd edən baş prokuror axtarış hərəkətlərinin, əsasən, Rusiya ilə sərhəd bölgələrdə aparıldığını vurğulayıb: “Məsciddə terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt sakini Elnur Baxşıyev də həbs edilib. İctimaiyyəti əmin etmək istəyirəm ki, dəstə üzvlərinin tam əksəriyyəti artıq həbs olunub, digərlərinin də məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlər görülür”.

“Əbu Bəkr” məscidinin fəaliyyətinin bərpası ilə bağlı məsələyə münasibət bildirən Z. Qaralov bunun onların səlahiyyətində olmadığını deyib: “Bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid məsələdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR