Bank Of Baku

Soyğunçuluq törədən dəstə zərərsizləşdirilib

Soyğunçuluq törədən dəstə zərərsizləşdirilib
# 02 oktyabr 2008 10:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında soyğunçuluq törədən dəstə zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, keçən ay Səbayel rayonu ərazisində Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Dilşad Balabəy qızı Ağayeva naməlum şəxslər tərəfindən qarət olunub. Basqınçılar ondan 50 min manat pul alaraq hadisə yerindən qaçıblar. Səbayel Polis İdarəsi 9-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 3 nəfər - 1984-cü il təvəllüdlü Niyazi İsgəndərov, 1983-cü il təvəllüdlü Balabəy Ağayev və 1983-cü il təvəllüdlü Tural Əbdüləzimov yaxalanıblar. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR